Yüksək turizm potensialına malik olan İsmayıllı rayonunda son illər yol təsərrüfatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu tədbirlər çərçivəsində əsrarəngiz təbiəti, nadir maddi-mədəniyyət nümunələri ilə turistləri özünə daha çox cəlb edən qədim Lahıca gedən 19 kilometrlik yol yenidən qurulur.
   Yenidənqurma işləri tenderdə qalib gələn “Azəryolservis” ASC-nin 71 nömrəli yol istismar müəssisəsi tərəfindən həyata keçirilir.
   Yenidən qurulmasına ötən ilin sentyabrından başlanılmış yolun 7 kilometri artıq əsaslı təmir edilərək, keyfiyyətli asfalt salınıb. Yolun Niyal dərəsi hissəsindəki körpünün də yenidən qurulması başa çatdırılıb. Yaxın günlərdə körpü istifadəyə veriləcək. Bu yoldan təkcə Lahıc qəsəbəsinin deyil, ərazidəki 15-dən çox kəndin sakinləri və iki turizm mərkəzi yararlanacaq. Yol çəkilişinin bu il başa çatdırılması nəzərdə tutulub.
   
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar