Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev Niderlandın TACT musiqi agentliyi ilə müqavilə imzalayıb.
Müqavilənin şərtlərinə əsasən, 2020-ci ilin dekabrından başlayaraq azərbaycanlı dirijorun bütün dünya üzrə konsertlərinin, orkestrlərlə çıxışlarının və səhnə fəaliyyətinin təşkilinə eksklüziv olaraq Niderlandın nüfuzlu agentliyi nəzarət edəcək.
Son illərdə TACT agentliyi dünyanın məşhur opera müğənniləri, dirijorları və rejissorları ilə yaradıcı əlaqələri və böyük layihələri gerçəkləşdirməyə nail olub.
Qeyd edək ki, Azərbaycanın tanınmış müğənniləri – Xalq artistləri Dinarə Əliyeva, Elçin Əzizov və Əvəz Abdulla da TACT agentliyi ilə əməkdaşlıq edirlər.