Almaniyanın “Lufthansa” aviakompaniyası 2020-ci ilin sonuna qədər xaricdə çalışan 20 min əməkdaşını ixtisar etməyi, həmçinin 7 min 500 nəfərin çalışdığı bort qidasi ilə məşğul olan LSG bölməsini satmağı planlaşdırır.

Aviakompaniyanın “Swiss”, “Austrian”, “Eurowings” və “Brussels Airlines” törəmə şirkətləri pandemiya ilə əlaqədar uçuşlara tələbatın azalması səbəbindən reyslərin tezliyini azaldıb və əməkdaşların sayını ixtisar edib.

Əsasən daxili reyslərə xidmət edən “German airline” şirkətisə gələn il daha 10 min iş yerini ləğv edə bilər.

Mütəxəssislərin proqnozuna əsasən, aviasiya daşımaları pandemiyadan öncəki (2019) səviyyəyə yalnız 2025-ci ildə qayıda biləcək.