Bu ilin sentyabrında Azərbaycanda fəaliyyət göstərən bir neçə hotelin ulduzu geri alınacaq. Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib: “Bir neçə hoteldən ulduzun geri alınmasının səbəbi onların yüksək səviyyəli xidmət təşkil edə bilməmələridir. Azərbaycanda fəaliyyət göstərən hotellərdə ulduzların dərəcəsini aşağı salmaq haqqında danışa bilmərik, çünki bizdə belə nümunə yoxdur. Ulduz alan hotellərin hamısı bu məsuliyyəti dərk edib o ulduzlara uyğun olaraq xidmət təqdim etmək istəyirlər. Amma elə yerlər var ki, lisenziyanı aldılar, xidmət isə uğurlu davam etdirilmədi. Yəqin ki, sentyabrda bir-iki hoteldən ulduzları almağa məcbur olacağıq”.
   Ə. Qarayev paytaxtdakı hotellərdə qiymətin dəyişilməz qaldığını, regionlardakı bəzi hotellərdə isə 15-20 faiz azalma olduğunu da qeyd edib: “Biz həmişə deyirik ki, bazarda nə qədər çox təklif olsa, o qədər də yaxşı rəqabət mühiti olacaq. Ötən illə müqayisədə Bakıda qiymətlərin enməsi müşahidə olunmasa da, regionlarda təxminən 15-20 faiz endirim var. Bu yay mövsümünün yekunları hazırlananda, dəqiq rəqəmlərlə danışa biləcəyik”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar