Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən mətbuata verilən məlumata görə, dövlət tərəfindən dini-tarixi abidələrimiz yüksək səviyyədə yenidən qurulur və bərpa edilir. Hazırda ölkənin müxtəlif bölgələrində 22 məscid tikilir. Təqribən 30-dək məscidin tikintisi isə maliyyə çətinliyinə görə yarımçıq qalıb. İstifadəyə verilmiş Bibiheybət ziyarətgahı, “İçərişəhər” Cümə məscidi, “Əjdərbəy”, eləcə də digər məscid və ziyarətgahlarda aparılan bərpa işləri buna sübutdur. Bu yaxınlarda dövlət başçısının iştirakı ilə tikinti və əsaslı yenidənqurma işlərindən sonra “Təzəpir” məscid kompleksi istifadəyə verilib.
   Milli və dini ənənələrimizə, dəyərlərimizə böyük önəm verən Heydər Əliyev Fondu da məscidlərin bərpasına və inşasına xüsusi diqqət göstərir. İndiyədək fond tərəfindən 6 məscidin bərpası və inşası həyata keçirilib.
   Qeyd edək ki, müasir üslubda yeni məscidlərin inşası eyni zamanda ölkəmizə gələn turistlər üçün də maraqlı obyektdir.

 Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar