Azərbaycan Turizm İnstitutu ölkədə turizm üzrə mütəxəssis hazırlayan yeganə ali təhsil ocağıdır. İnstitutun fəaliyyəti ilə bağlı danışan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, gələn il ATİ-nin ilk buraxılışı olacaq. Nazirin dediyinə görə, gənc kadrların işlə təminatı məsələsi turizm şirkətləri ilə birgə həll ediləcək.
   Bu il 60-dək gəncin xarici ölkələrdə turizm üzrə müxtəlif peşə kursları keçdiyini deyən Ə.Qarayev, onları öz biliklərini tətbiq edə bilmələri üçün lazım olan müəssisələrdə yerləşdirməyin vacibliyini də vurğulayıb: «Azərbaycanda turizm sahəsində nə qədər sürətli kadr hazırlığı getsə, bu, ölkə üçün yaxşıdır. Bunun üçün çoxlu peşə məktəbləri formalaşmalıdır, çünki peşə məktəbi biliyin, savadın, işin peşəkar səviyyədə öyrənilməsinə yardım edir».

  Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar