“Nərimanfilm” kinostudiyasının Sankt-Peterburq Yeni Kino Məktəbi ilə birgə istehsalı olan “Fəridə” tammetrajlı bədii filmi Beynəlxalq “Stalker” İnsan Hüquqları Festivalında (Rusiya) iki mükafata layiq görülüb.
Filmin rejissoru Kseniya Laqutinaya “Münsiflər diplomatı” və BMT-nin İnsan Hüquqları Ali Komissarlığının “Xüsusi mükafat”ı təqdim edilib.
İnsan haqları mövzusunda filmlər yaratmağa təşviq edən festival dekabrın 10-dan 15-dək keçirilib.
Ekran işinin ssenari müəllifi və rejissoru Kseniya Laqutina, operatoru Dmitri Naqovski, səs rejissoru Aleksandr Demyanov, prodüseri Nəriman Məmmədovdur. Baş qəhrəman rolunu gənc aktrisa Məryəm İbrahimova ifa edir. Digər rollarda Abdukərim Nasirov, Dilya Ulaşeva və başqaları çəkiliblər.
Film Azərbaycanın Xınalıq kəndindən Sankt-Peterburqa gələn Fəridədən bəhs edir. Eşitmə problemləri olan gənc qız öz həyat yoldaşı Muradın axtarışındadır. O, Muradın harada olduğu haqqında tam xəbərsizdir. Böyük şəhər Fəridəni bir çox insanlarla qarşı-qarşıya qoyur və onun bütün həyatını alt-üst edir.
Film dram janrında çəkilib. Çəkilişlər Sankt-Peterburq şəhərində aparılıb.