Fransanın Kolmar şəhərində azərbaycanlı bəstəkar-müğənni İlahə Ahuinin virtual konserti olub. Onlayn təqdimat Kristel Kern və Paskal Vel tərəfindən “Bizi qoruyan və bizə yardım edənlərlə həmrəylik” adlı qrup çərçivəsində təşkil olunub.
Bəstəkar-müğənni virtual konsertdə “Ay Laçın” Azərbaycan xalq mahnısı, özünün bəstələri olan “Tanqo”, “Şəfəq” mahnıları ilə bərabər fransız mahnılarını da səsləndirib.
Qeyd edək ki, Kolmar Konservatoriyasının dirijorluq və vokal sinfini bitirən İ.Ahui burada iki xor qrupuna və bir orkestrə rəhbərlik edir. Sənətçi Şəki ilə qardaşlaşmış Kolmar şəhərinə gəldiyi vaxtdan Azərbaycan musiqilərini də ifa etməklə yerli ictimaiyyətə tanıdır.