Dekabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, professor Nailə Vəlixanlının 80 yaşı tamam olur.

Akademik Nailə Vəlixanlının Azərbaycan tarixşünaslığının tədqiqi sahəsində xüsusi xidmətləri var. Onun elmi əsərlərində Azərbaycanın Orta əsrlər tarixinin mənbəşünaslıq problemləri, regionun ərəb xilafəti tərkibində mövqeyi, sosial iqtisadi münasibətlər, siyasi-mədəni tarix və tarixi coğrafiya məsələlərinə aydınlıq gətirilib.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən yubiley münasibətilə “Akademik Nailə Vəlixanlı” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə akademikin fəaliyyəti ilə bağlı rəsmi sənəd, fotolar, müəllifi, elmi  redaktoru, tərtibçisi olduğu kitablar, haqqında yazılan məqalələr nümayiş olunur.                                                                  

Virtual sərgi ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

http://anl.az/el/vsb/Akademik_Naile_Velixanli/index.htm