Oktyabrın 1-də Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Qazaxıstan Respublikasına səfərə yola düşəcək. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu barədə jurnalistlərə açıqlamasında deyib ki, səfərin məqsədi Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının Astana şəhərində keçiriləcək növbəti iclasına qatılmaqdır. Azərbaycanın artıq adıçəkilən qurumun 4-cü iclasına qoşulduğunu deyən nazirin sözlərinə görə, ölkəmiz ÜTT-yə 2001-ci ildə üzv olub: «Azərbaycan bu gün ÜTT-nin ən fəal tərəfdaşlarından biridir. İndiyədək ölkəmizdə bu təşkilatın bir neçə geniş tədbiri keçirilib. O cümlədən bu il Bakıda qurumun Baş Assambleyasının Avropa bölməsinin iclası keçirildi».
   Nazir bildirib ki, iclas zamanı Baş Assambleyaya növbəti beş illiyə yeni baş katib seçiləcək: «Məlum olduğu kimi, qurumun baş katibi Françesko Françielli bu vəzifədən istefa verib. Hazırda baş katib vəzifəsini İordaniya Krallığının sabiq turizm naziri Talib Rifai icra edir. ÜTT-nin İdarə Heyətinin qərarı ilə baş katibliyə yalnız bir nəfərin namizədliyi irəli sürüləcək. Bu şəxs Talib Rifaidir».







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar