Prezident İlham Əliyev dekabrın 30-da Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Milli Konservatoriyanın bir qrup əməkdaşının orden və medallarla təltif edilməsi və fəxri adlara layiq görülməsi haqqında sərəncamlar imzalayıb.
***
Azərbaycan Milli Konservatoriyasının əməkdaşlarının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Konservatoriyasının aşağıdakı əməkdaşları təltif edilsinlər:
“Şərəf” ordeni ilə
Kərimi Siyavuş Əşrəf oğlu
2-ci dərəcəli “Əmək” ordeni ilə
Kazımov Nazim Kazım oğlu
“Tərəqqi” medalı ilə
Bayramov Təyyar Allahverdi oğlu
Əhmədov Elnur Oruc oğlu
Əliyeva Ülkər Sabir qızı
Əzizov Ramiz Mahmud oğlu
Fətalıyev Şirzad Nizan oğlu
Hacızadə Hicran Səməd-ağa qızı
Hüseynli Anar Vaqif oğlu
Məmmədov Məmmədəli Mirəli oğlu
Müzəffərov Bakıxan Məmmədqulu oğlu
Paşazadə Sahib Ağaverdi oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2020-ci il.
***
Azərbaycan Milli Konservatoriyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Konservatoriyasının aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Xalq artisti”
Həşimov Elçin Ləzgi oğlu
Mansurov Elşən Məmməd oğlu
Mansurov Malik Məmməd oğlu
“Əməkdar incəsənət xadimi”
Hüseynova Lalə Şirməmməd qızı
“Əməkdar mədəniyyət işçisi”
Seyidova Yaqut Şıxseyid qızı
“Əməkdar müəllim”
Abdinzadə Firuz Zeynal oğlu
Ələkbərov Sabir Ələkbər oğlu
Əliyev Adgözəl Məmmədhüseyn oğlu
Nağıyev Elçin Ağaşirin oğlu
Şahməmmədova Naibə Məqsud qızı
Yusifova Təranə Əbülfəz qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2020-ci il.