Yunanıstan Turizmin İnkişafı Nazirliyinin nümayəndə heyəti sentyabrın 28-dən Azərbaycanda səfərdədir. Bu barədə jurnalistlərə açıqlamasında məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, nümayəndə heyəti Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Yunanıstan Turizmin İnkişafı Nazirliyi Əməkdaşlıq Komitəsinin işçi qrupunun ikinci sessiyasında iştirak edəcək: «Bizim Yunanıstanla geniş əməkdaşlıq proqramımız mövcuddur. Bu əməkdaşlıq xidmətlərdən tutmuş təhsilə qədər turizm sahəsinin bütün spektrlərini əhatə edir. Qeyd edim ki, son illər Türkiyə, Yunanıstan və Avstriya Azərbaycanın turizm sahəsinə böyük töhfələr veriblər».
   Xatırladaq ki, həmin komitənin birinci sessiyası Afinada keçirilib.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar