Ölkəmiz bu günlərdə daha bir beynəlxalq turizm təşkilatına üzv olub. Bu barədə qəzetimizə açıqla verən «Millenium» turizm şirkətinin rəhbəri Ruslan Quliyev bildirdi ki, sentyabrın 9-da ölkəmiz «Skal İnternational» turizm və səyahət üzrə peşəkarların təşkilatının tərkibinə qəbul edilib. Onun dediyinə görə, 1934-cü ildə beynəlxalq assosiasiya kimi yaradılan bu təşkilat bütün turizm və səyahət sektorlarını əhatə edir: «Hazırda qurumun 90 ölkəni təmsil edən 22 min nəfər üzvü var. Turizm üzrə peşəkarların beynəlxalq şəbəkəsi olan «Skal İnternational» turizmdə keyfiyyətin yüksəldilməsini və turizm peşəkarlarının arasında əməkdaşlığın genişləndirilməsini qarşısına məqsəd qoyub. Eyni zamanda turizmin digər formalarını (idman, mədəni, konqres, ekoturizm, davamlı inkişaf və b.) dəstəkləyir. Bu il Türkiyə Respublikasından təşkilata prezident seçilmiş xanım Hülya Aslantaş «Skal İnternational»ın Azərbaycan nümayəndəliyinin yaradılmasına dair təklifləri dəstəklədi. Sentyabrın 9-da Azərbaycan quruma rəsmən qəbul olundu».
   «Skal İnternational» təşkilatının Azərbaycan nümayəndəliyinin ilk iclasına qurumun prezidenti Hülya Aslantaşın da dəvət olunduğunu deyən R.Quliyevin sözlərinə görə, o, tədbirdə təşkilatın bayrağını Azərbaycana təqdim edəcək.
   Qeyd edək ki, təşkilatın Azərbaycanda nümayəndəliyinin yaradılması məqsədilə təşəbbüs qrupu formalaşdırılıb. Bu qrupun tərkibinə Azərbaycan Turizm İnstitutunun təmsilçisi F.Özəlpay, «Bakı-tur» turizm şirkətinin müdiri Fayis Məmmədov, «Millenium» turizm şirkətinin rəhbəri Ruslan Quliyev daxildir.

  Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar