Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə “Çağdaş Azərbaycan şairlərinin şeirləri - 3” toplusu “Poeziya günü” nəşrlər evində çapdan çıxıb. İldə iki dəfə nəşr olunması nəzərdə tutulmuş toplunun budəfəki nömrəsində çağdaş Azərbaycan şairlərinin yeni poeziya nümunələri toplanıb. Şeirlər mövzu müxtəlifliyi, forma rəngarəngliyi, dil-üslüb əlvanlığı ilə seçilir.
   Kitabın baş redaktoru Xalq şairi Fikrət Qoca, redaktoru və tərtibçisi şair Maarif Soltandır.