İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı çərçivəsində Bakıda səfərdə olan İSESKO-nun baş katibi Əbdüləziz İbn Əl-Tüveycri və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev birgə mətbuat konfransı keçirdilər. Mətbuat konfransında çıxış edən İSESKO-nun baş katibi Bakıda keçirilən bu konfransı çox yüksək dəyərləndirdiyini qeyd etdi: “Hesab edirəm ki, bizim birinci masada etdiyimiz söhbət məzmunlu olub və bütün maraqları əhatə edir. Bundan sonra artıq konfransın iş günlərinə keçəcəyik və öz işimizi davam etdirəcəyik. Gördüyünüz kimi, təqdim olunan sənədlər arasında çoxlu hesabatlar var. Bu hesabatlar keçmiş dövr ərzində İSESKO tərəfindən aparılan işin xülasəsidir və biz bununla bağlı burada olan bütün nazirlərə məlumat verəcəyik”. Natiq tədbir çərçivəsində qəbul olunacaq ən vacib sənədin İslam ölkələri arasında mədəni turizmin inkişafına dair olacağını da diqqətə çatdırdı: “Bakı 2009-cu il müddətində İslam Mədəniyyətinin Paytaxtı elan edilib və bu işin öhdəsindən layiqincə gəlib. Biz Azərbaycanın həm mədəni, həm də dini müxtəlifliyi qəbul etdiyi üçün yüksək qiymətləndiririk”.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə konfrans çərçivəsində ötən ilin dekabrında qəbul olunmuş “Bakı prosesi”nin davamı olaraq Bakı bəyannaməsi qəbul ediləcəyini bildirdi: «Bu bəyannamədə qəbul olunacaq qərarlar Bakı prosesinə əlavə ediləcək. Sənədə Dağlıq Qarabağda və Qüdsdə dağıdılan tarixi-mədəni abidələrlə bağlı xüsusi bənd əlavə olunacaq».






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar