Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə yanvarın 14-də bölgələrdə yaşayan rəssamlarla onlayn görüş keçirilib.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımovun iştirakı ilə gerçəkləşən görüşdə rəssamların fəaliyyətinin genişləndirilməsi, qalereyalarla əməkdaşlığın artırılması üçün rəssamları narahat edən məsələlər müzakirə edilib və təkliflər irəli sürülüb.

Rəssamların  qalereya, muzeylər ilə əlaqələrini sıxlaşdırlması və regionlarda rəssamlığın keyfiyyətinin artırlması, xüsusilə istedadlı insanların sərgilərdə iştirakını təmin etmək üçün hər rayon üzrə verilən təkliflər dəyərləndirilib və icrası üçün Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru tərəfindən müvafiq tapşırıqlar verilib.

Gəncə, Şəki, Zirə, Şamaxı, Masallı, Ağdaş, Biləsuvar, Neftçala, Lənkəran və  başqa  şəhərlərdən onlayn görüşə qoşulan rəssamlar müxtəlif təkliflər səsləndiriblər.

Müxtəlif bölgələrdə yaşayan rəssamların əlaqələr şəbəkəsinin eyni platforma üzərində qurulmasını, onların problem və təkliflərini dinlənməsini təmin edən layihə rəssamlar tərəfindən maraqla qarşılanıb.