Quba Regional Turizm İnformasiya Mərkəzinin rəhbəri Könül Hacıyeva: «Mərkəzimizə müraciət edən xarici və yerli turistlərə istənilən məlumatı veririk»
Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının birgə layihəsi əsasında yaradılan Bakı Turizm İnformasiya Mərkəzi 2006-cı ilin sonlarından fəaliyyət göstərir. Getdikcə öz işini genişləndirən mərkəzin artıq bir neçə rayonda, o cümlədən Quba, Xaçmaz, Gəncə, Şamaxı, Şəki, Zaqatala, Naxçıvan və Lənkəranda regional mərkəzləri qurulub. Bu mərkəzlər vasitəsilə regionlarda turizm imkanları araşdırılır, tarixi abidələrimiz, yaşayış kompleksləri, hotellər, turbazalar, müalicəvi istirahət mərkəzləri, ov məkanları və ümumiyyətlə, turizm anlayışına daxil olan yerlər haqqında məlumatlar toplanılır və Bakı Turizm İnformasiya Mərkəzinə ötürülür. Bugünlərdə Quba Regional Turizm İnformasiya Mərkəzinin rəhbəri Könül Hacıyeva ilə həmsöhbət olduq. O, mərkəzin fəaliyyəti ilə bağlı suallarımızı cavablandırdı.
- Quba Regional Turizm İnformasiya Mərkəzi 2006-cı ildən Quba şəhərində fəaliyyət göstərir. Mərkəzin əsas vəzifəsi Quba bölgəsi, habelə qonşu Qusar və Xızı bölgələrinin turizm imkanları haqqında məlumatları özündə əks etdirən əyani vəsaitlər hazırlamaq, onların dərc edilməsi və yayılmasını təşkil etməkdən ibarətdir. Bundan əlavə, Quba TİM bu bölgələrdə turist axınının statistika məlumat bazasının yaradılması üzrə tədbirlər görür, bu məlumatların təhlilini, turizm bazasının marketinqini təşkil edir. Mərkəzimiz habelə şimal bölgəsində yerləşən turizm təşkilatlarının, turizm sahəsində fəaliyyət göstərən fərdi sahibkarların, ailə-kəndli təsərrüfatlarının və qanunvericiliyə müvafiq olaraq yaradılmış digər turizm qurumlarının mənafelərini müdafiə edir və eyni zamanda xarici ölkələrin analoji təşkilatları ilə informasiya mübadiləsi aparır.
- Məlumdur ki, ölkəmizdə turizm sahəsinin inkişaf etdiyi bölgələrdən biri də Qubadır. Sizin mərkəzin bu inkişafda payı nə qədərdir?
- Quba TİM qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra təşkilati tədbirlər həyata keçirib. Şimal bölgəsində, əsasən Quba ərazisində yerləşən turizm təşkilatları, istirahət zonaları və digər turizm qurumları ilə sıx əlaqələr yaradılıb, onlarla mütəmadi olaraq informasiya mübadiləsi aparılır. Demək olar ki, Quba bölgəsində yerləşən əksər turizm müəssisələri haqqında məlumatlar toplanılıb, onların həm xaricdən, həm də daxildən fotoşəkilləri çəkilib.
Quba rayonu gözəl və füsunkar təbiətə malikdir. Bu, turistlərin daim diqqətini cəlb edir. Bu səbəbdən də regionun səfalı yerlərini gəzmək məqsədilə uyğun istiqamətlərdə ekskursiya marşrutları təşkil edilib. Bu marşrutlar Quba-Xınalıq və Quba-Afurca istiqamətlərindədir. Bundan başqa, Qubanı turistlərə tanıtmaq məqsədilə rayonun maraqlı görüntülərini əks etdirən fotoşəkillər çəkilib və Quba rayonunun görməli yerlərini təsvir edən açıqca komplektləri hazırlanıb.
Müasir zamanda internet texnikanın ən gözəl nailiyyətlərindən biri hesab olunur. Bu vasitə ilə dünyanın istənilən guşəsinə, istənilən məlumatı ötürmək mümkündür. Quba haqqında dünyanın hər hansı bir ölkəsindən məlumat almaq imkanı yaratmaq məqsədilə Quba TİM tərəfindən www.guba.azeriblog.combloq səhifəsi hazırlanıb. Bu səhifədə Quba haqqında, rayonun tarixi abidələri, muzeyləri, istirahət mərkəzləri, mənzərəli kəndləri və s. barədə maraqlı məlumatlar var. Onu da bildirim ki, bloqdakı məlumatlar, görüntülər tez-tez yenilənir və zənginləşdirilir.
Mərkəzimizin uğurlu işlərindən bir də Quba haqqında turist məlumat bukletinin 2 dildə çap olunmasıdır. Bu bukletdə rayonun tarixi, gəzməli-görməli yerləri, abidələri öz əksini tapıb.
- Hazırda Qubada turizmin inkişafı hansı səviyyədədir?
- Qubada son vaxtlar aparılan quruculuq işləri rayona turistlərin cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Heydər Əliyev adına muzeyin tikintisi, “Soyqırım” xatirə-abidəsinin yaradılması, Qubada xalçaçılıq sənətini əks etdirən xalçanın daş üzərində əks edildiyi monument, “Şəhidlər muzeyi”nin yenidən təmiri, yolların bərpası və s. işlər şəhərin gözəlləşməsi ilə yanaşı, turistlərin rayona cəlb edilməsi üçün çox vacib şərtlərdəndir. Ümumiyyətlə götürdükdə isə Qubada dövlət və müxtəlif təşkilatlar tərəfindən bir sıra layihələr hazırlanır ki, bu da gələcəkdə rayonumuzda turizm sahəsində daha da çox nailiyyətlər əldə edilməsi üçün zəmin yaradır.
- Qubaya gələn turistləri ən çox nə cəlb edir?
- Turistlər əsasən rayonumuzun simvolu olan Şahdağ, ucu-bucağı görünməyən sıx meşələr, şəlalələr, Qubanın qədim tarixi, nağıllar aləmini xatırladan Xınalıqla daha çox maraqlanırlar. Bundan əlavə, rayonumuzda hələ də qorunub-saxlanan qədim xalçaçılıq sənəti, Qubanı hər yerdə məşhur edən alma bağları, bir də əlbəttə ki, tariximizin qanlı səhifəsini əks etdirən, 1918-ci il soyqırım qurbanlarının məzarlığı rayonumuza gələn turistlərin diqqətini daha çox cəlb edir.
Bildiyiniz kimi, Azərbaycan tolerant bir ölkədir. Burda müxtəlif dinlərə hörmət və ehtiram göstərilir. Quba bunun canlı nümunəsidir. Rayonda bir çox millətlər, o cümlədən ləzgilər, tatlar, ruslar, türklər, yəhudilər və s. mehriban yaşayırlar. Qubada yəhudilərin qədim zamanlardan məskunlaşdığı Qırmızı Qəsəbə adlanan məkan var. Bu da xarici və yerli turistlərin marağına səbəb olur.
- Könül xanım, məlumdur ki, turisti gəldiyi ölkədə maraqlandıran amillərdən bir də o ölkənin mətbəxidir. Maraqlıdır, bu baxımdan Qubaya gələn turistləri daha çox hansı yemək cəlb edir?
- Şimal bölgəsinin əsrarəngiz, gözəl təbiət mənzərələri turistlərin diqqətini daha çox cəlb etsə də, əlbəttə ki, Qubanın məşhur və dadlı yeməklərinin də öz yeri var. Turistlər, adətən, təbiət qoynunda istirahət etməyi üstün tuturlar. Onları daha çox qubalı ustaların bişirdiyi tikə və lülə kabablar, quzu ətindən buğlama, mal ətindən qızartma, quş ətindən qovurma daha çox cəlb edir. Bütün bunlardan sonra müxtəlif dağ otlarından dəmlənmiş çayın yanında Qubanın məşhur paxlavası lap yerinə düşür.
- Son dövrlər mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bəzi hotellərin yarıtmaz fəaliyyəti ilə bağlı verdiyi açıqlamalarla yəqin ki, tanışsınız. Qubanın hotel və istirahət məkanlarında vəziyyət necədir?
- Bölgəmizdə 40-dan çox hotel və istirahət obyekti fəaliyyət göstərir. Düzdür, hər biri müasir standartlara uyğun olmasa da, əksər hotel və istirahət guşələrində normal şərait mövcuddur. Quba Olimpiya Kompleksi, “Cənnət bağı”, “Ahu”, “Quba”, “Terrase” və digər istirahət zonalarında rahat və yüksək xidmət, gülərüz personal turistlərin xidmətində dayanır.
- Hazırda müzakirə mövzusu olan məsələlərdən biri də turizm sahəsində peşəkar kadrların azlığıdır. Turizm informasiya mərkəzinin rəhbəri kimi, Qubada turizm sahəsində çalışan kadrların səviyyəsi sizi qane edirmi və ümumiyyətlə, bu yöndə hansı tədbirlər görülür?
- Rayonumuzda turizm sahəsində işləyən xidməti personal əsasən yerli gənclərdən ibarətdir. Onlar xarici və yerli turistlərə yüksək səviyyədə xidmət göstərməyə çalışırlar. Lakin xaricilərin əksəriyyəti ingilis, alman, fransız, rus dilində danışdıqlarından personal onlara lazımi məlumatları verə bilmir. Digər tərəfdən isə ixtisaslı kadrların azlığı Qubada da problemdir. Buna görə də gələcəkdə iri hotel və istirahət zonalarında xarici dil bilən və turizm ixtisası üzrə təhsil alan kadrların işləməsi daha məqsədəuyğun olardı. Bu barədə turizm obyektlərinin rəhbərlərinə müvafiq məsləhətlər veririk. Bizim mərkəzin kollektivinə gəldikdə isə demək olar ki, mərkəzimizdə yüksək ixtisaslı gənclər fəaliyyət göstərir. Onlar öz işlərinin öhdəsindən layiqincə gəlir, verilən tapşırıqları vaxtında icra edirlər. Əməkdaşlarımız mərkəzə müraciət edən hər bir xarici və yerli turistə istənilən məlumat və bilgini çatdırırlar.
Bugünlərdə Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm Günü münasibətilə turizm sahəsində fəaliyyət göstərən və fəallığı ilə seçilən bir sıra qurumları mükafatlandırdı. Onların sırasında Quba Turizm İnformasiya Mərkəzi də vardı. Qısa zamanda gördüyümüz işlər yüksək qiymətləndirildi. Azərbaycanda turizm inkişafda olan perspektivli bir sahədir. İnşallah, görüləcək işlər hələ öndədir. Biz də çalışacağıq ki, Azərbaycan turizmdən yüksək gəlir götürən ölkələr sırasında öz layiqli yerini tutsun.
Fəxriyyə ABDULLAYEVA
Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının birgə layihəsi əsasında yaradılan Bakı Turizm İnformasiya Mərkəzi 2006-cı ilin sonlarından fəaliyyət göstərir. Getdikcə öz işini genişləndirən mərkəzin artıq bir neçə rayonda, o cümlədən Quba, Xaçmaz, Gəncə, Şamaxı, Şəki, Zaqatala, Naxçıvan və Lənkəranda regional mərkəzləri qurulub. Bu mərkəzlər vasitəsilə regionlarda turizm imkanları araşdırılır, tarixi abidələrimiz, yaşayış kompleksləri, hotellər, turbazalar, müalicəvi istirahət mərkəzləri, ov məkanları və ümumiyyətlə, turizm anlayışına daxil olan yerlər haqqında məlumatlar toplanılır və Bakı Turizm İnformasiya Mərkəzinə ötürülür. Bugünlərdə Quba Regional Turizm İnformasiya Mərkəzinin rəhbəri Könül Hacıyeva ilə həmsöhbət olduq. O, mərkəzin fəaliyyəti ilə bağlı suallarımızı cavablandırdı.
- Quba Regional Turizm İnformasiya Mərkəzi 2006-cı ildən Quba şəhərində fəaliyyət göstərir. Mərkəzin əsas vəzifəsi Quba bölgəsi, habelə qonşu Qusar və Xızı bölgələrinin turizm imkanları haqqında məlumatları özündə əks etdirən əyani vəsaitlər hazırlamaq, onların dərc edilməsi və yayılmasını təşkil etməkdən ibarətdir. Bundan əlavə, Quba TİM bu bölgələrdə turist axınının statistika məlumat bazasının yaradılması üzrə tədbirlər görür, bu məlumatların təhlilini, turizm bazasının marketinqini təşkil edir. Mərkəzimiz habelə şimal bölgəsində yerləşən turizm təşkilatlarının, turizm sahəsində fəaliyyət göstərən fərdi sahibkarların, ailə-kəndli təsərrüfatlarının və qanunvericiliyə müvafiq olaraq yaradılmış digər turizm qurumlarının mənafelərini müdafiə edir və eyni zamanda xarici ölkələrin analoji təşkilatları ilə informasiya mübadiləsi aparır.
- Məlumdur ki, ölkəmizdə turizm sahəsinin inkişaf etdiyi bölgələrdən biri də Qubadır. Sizin mərkəzin bu inkişafda payı nə qədərdir?
- Quba TİM qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra təşkilati tədbirlər həyata keçirib. Şimal bölgəsində, əsasən Quba ərazisində yerləşən turizm təşkilatları, istirahət zonaları və digər turizm qurumları ilə sıx əlaqələr yaradılıb, onlarla mütəmadi olaraq informasiya mübadiləsi aparılır. Demək olar ki, Quba bölgəsində yerləşən əksər turizm müəssisələri haqqında məlumatlar toplanılıb, onların həm xaricdən, həm də daxildən fotoşəkilləri çəkilib.
Quba rayonu gözəl və füsunkar təbiətə malikdir. Bu, turistlərin daim diqqətini cəlb edir. Bu səbəbdən də regionun səfalı yerlərini gəzmək məqsədilə uyğun istiqamətlərdə ekskursiya marşrutları təşkil edilib. Bu marşrutlar Quba-Xınalıq və Quba-Afurca istiqamətlərindədir. Bundan başqa, Qubanı turistlərə tanıtmaq məqsədilə rayonun maraqlı görüntülərini əks etdirən fotoşəkillər çəkilib və Quba rayonunun görməli yerlərini təsvir edən açıqca komplektləri hazırlanıb.
Müasir zamanda internet texnikanın ən gözəl nailiyyətlərindən biri hesab olunur. Bu vasitə ilə dünyanın istənilən guşəsinə, istənilən məlumatı ötürmək mümkündür. Quba haqqında dünyanın hər hansı bir ölkəsindən məlumat almaq imkanı yaratmaq məqsədilə Quba TİM tərəfindən www.guba.azeriblog.com