Mavritaniya mədəniyyət və turizm sahəsində Azərbaycanla əməkdaşlıq edəcək. Bunu Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi çərçivəsində burada keçirilən İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransında iştirak edən Mavritaniyanın mədəniyyət, gənclər və idman naziri xanım Sisse Mint Şeyx uld Boyda jurnalistlərə açıqlamasında bildirib.
   Xanım Boyda Azərbaycanda olduğundan məmnunluğunu ifadə edərək deyib ki, bu ölkə öz mədəniyyəti, qonaqpərvərliyi, qədimliyi və müasirliyi ilə yaddaşında əbədi olaraq qalacaq: «İslam ölkələri arasında əməkdaşlıq sahəsində çox iş görülməlidir. İslam mədəniyyəti çoxşaxəli və mükəmməl mədəniyyətdir. Biz onu daha da möhkəmləndirməli, inkişaf etdirməliyik. Azərbaycanla da mədəniyyət və turizm sahəsində əməkdaşlıq etməyi nəzərdə tuturuq. Konfrans çərçivəsində bu istiqamətdə danışıqlar aparılacaq. Hazırda bununla bağlı bir neçə layihə işlənilir və bu əməkdaşlığın yaxın gələcəkdə baş tutacağına əminik”.

 Fəxriyyə ABDULLAYEVA






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar