45 min il yaşı var

İndoneziyanın Sulavesi adasında arxeoloqlar yeni qədim qayaüstü rəsmlər aşkar ediblər.

Qaya üzərində təbii ölçülərinə uyğun olaraq çəkilmiş rəsmin təqribən 45,5 min il yaşı olduğu güman edilir.

Qaban rəsmi əhəngdaşı mağaralarından birində aşkar edilib. Tünd-qırmızı oxra ilə çəkildiyi güman edilən rəsmin ölçüləri 135x54 santimetrə bərabərdir.

Bu tapıntıya qədər Sulavesi adasında aşkar edilən digər rəsmlər daha qədim hesab edilirdi. Həmin rəsmlərdə yarıadam-yarıheyvan şəklində məxluqlar ov zamanı təsvir edilib. Tədqiqatçıların qənaətinə görə, həmin rəsmlər təqribən 44 min il bundan əvvəl çəkilib.