Noyabrın 10-da Azərbaycan Turizm İnstitutunda “Almaniyanın romantik şəhərləri” adlı sərgi keçirilib. Almaniyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə baş tutan sərgi noyabrın 20-dək davam edəcək.
   
   “Almaniyanın romantik şəhərləri” adlı sərginin açılışında Almaniya səfirliyinin rəsmi nümayəndələri, mədəniyyət mərkəzinin attaşesi Herbert Şmitter, İraqın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erşad Ömər İsmayıl və Ukrayna səfirliyinin əməkdaşları iştirak ediblər.
   Sərgi iştirakçılarını və qonaqları salamlayan institutun rektoru Cəfər Cəfərov bildirib ki, tədbirin keçirilməsi ölkələrimiz arasında mədəni və elmi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək: «Bu gün institutumuzda “Almaniyanın romantik şəhərləri” adlı sərginin keçirilməsi təsadüfi deyil. Tematik mövzuya həsr olunmuş sərgi ötən il də təşkil olunmuşdu və nəzərdə tutulmuşdu ki, analoji tədbir hər il mütəmadi keçirilsin».
   Sərginin iştirakçıları əsasən Almaniyanın mənəvi sərvəti sayılan bəzi şəhərlərinin geniş planda ümumi mənzərəsini, tarixi abidələrini, turizm imkanlarını, eləcə də ekzotik gözəlliklərini əks etdirən fotomaterialları heyranlıqla izləyiblər. Sərgiyə gələnlər həmçinin Almaniyanın qədim şəhərləri haqqında sənədli materialları özündə ehtiva edən 31 elmi-kütləvi kitabla da tanış olmaq imkanı qazanıblar.
   Onu da qeyd edək ki, sərgiyə giriş sərbəstdir.
   
   Röyanə






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar