Kann Beynəlxalq Film Festivalı 2021-ci ildə də ənənəvi vaxtında (may ayı) keçirilməyəcək. 11-22 may tarixində keçirilməsi nəzərdə tutulan festival 6-17 iyul tarixinə ertələnib.
Bu barədə festivalın təşkilat komitəsi məlumat yayıb.
Xatırladaq ki, 1946-cı ildən mütəmadi olaraq təşkil edilən, dünyada ən nüfuzlu festival hesab olunan Kann kinofestivalı 2020-ci ildə COVİD-19 pandemiyasına görə bir neçə dəfə ertələnmiş, sonda isə ləğv edilmişdi.
LALƏ