Dekabrın 25-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə regionda eko və aqroturizmin inkişafı layihəsi çərçivəsində sərgi açılacaq.
   “Gənc Liderlər” Təhsil, Təlim və İnkişaf İctimai Birliyi Polşanın Demokratiyaya Dəstək Fondu ilə birgə təşkil edəcəyi sərgidə Gəncə ilə yanaşı, Qazax və Şəmkir rayonları sakinlərinin əl işləri, sənət nümunələri, həmçinin bölgədə yetişdirilən kənd təsərrüfatı məhsulları, milli xörəklərin hazırlanması qaydaları nümayiş etdiriləcək.
   “Gənc Liderlər” Təhsil, Təlim və İnkişaf İctimai Birliyi sədrinin müavini Səbinə Ələkbərovanın verdiyi məlumata görə, sərgidə bəyənilən ən yaxşı əsərlərin müəllifləri Polşaya səfər edəcək, oradakı şəxsi təsərrüfatlarda biznes quran insanların təcrübələrindən yararlanacaqlar. Bundan başqa, sərgidə nümayiş etdiriləcək nümunələrin şəkillərindən ibarət xüsusi jurnalın buraxılması da nəzərdə tutulub.
   
 Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar