Yanvarın 31-də Xalq artisti Miri Yusifin “Yaşat” adlı televiziya konserti olacaq. “SS Production” şirkətinin və İctimai Televiziyanın birgə təşkilatçılığı ilə reallaşacaq konsert Vətən müharibəsi şəhidlərinin ailələrinə və qəhrəman qazilərimizə dəstək məqsədi daşıyır.
Konsert zamanı hər bir izləyici ianə edə biləcək. İanələr şəhid və qazi ailələrinə yardım üçün “YAŞAT” Fonduna köçürüləcək.
31 yanvar saat 18:15-də İTV-nin efirində başlayacaq konsertdə müğənni ən sevilən mahnılarını oxuyacaq. Konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq, informasiya dəstəkçisi “Nargis” jurnalıdır.