Mədəniyyət Nazirliyinin “Salnaməfilm” kinostudiyasında yeni sənədli filmin istehsalına başlanılıb.
Filmin qəhrəmanı, əfsanəvi partizan, Fransa Müqavimət hərəkatının iştirakçısı, “Armed Mişel” ləqəbli Əhmədiyyə Cəbrayılovdur.
Ssenarisi Fransa arxivlərindən əldə edilən sənədlər əsasında qələmə alınan filmdə qəhrəmanın bədii obrazı da canlandırılacaq. Çəkilişlərin Şəki, Xaçmaz şəhərləri ilə yanaşı Fransanın Rodez və Montavan bölgələrində aparılması planlaşdırılır.
Filmin ssenari müəllifi və rejissoru Tahir Əliyev, operatoru Rafiq Əliyev, məsləhətçisi Ramiz Abutalıbov, prodüseri Nazim Hüseynovdur.