Daşkəsən rayonunun turizm infrastrukturunu və imkanlarını öyrənmək məqsədilə xüsusi komissiya yaradılıb. Komissiya üzvləri rayonun kənd və qəsəbələrində araşdırmalar apararaq məlumatlar toplayırlar. Daşkəsən Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəisi Elçin Qurbanovun dediyinə görə, toplanılan məlumatlar əsasında rayonun turizm potensialını əks etdirən xəritə hazırlanır. Bu xəritə may ayında yaradılacaq internet səhifəsində yerləşdiriləcək.
   E.Qurbanov bildirib ki, bunlarla yanaşı, digər hazırlıq işlərinə də başlanılıb. Turistlərin diqqətini cəlb etmək məqsədilə çövkən və papaqqaçırtdı kimi qədim oyunların təşkili üçün xüsusi atlar və onları idarə edən çaparlar ayrılıb. Xoşbulaq və digər kəndlərdə dağ xizəyi üçün bazaların yaradılması da nəzərdə tutulub.
   
   Fəxriyyə ABDULLAYEVA






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar