Prezident İlham Əliyev fevralın 3-də Timuçin İlyas oğlu Əfəndiyevin Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Timuçin Əfəndiyev bu vəzifəyə 26 dekabr 2014-cü il tarixində təyin edilmişdi.

Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2014-cü il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, ölkəmizdə xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə, Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılıb.