Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” adlı respublika elmi konfransı keçiriləcək.

Qalereyadan bildirilib ki, konfrans mədəniyyətimizin müxtəlif sahələri üzrə mütəxəssislərin, tədqiqatçıların təşviq edilməsi, eləcə də yeni mövzu və tədqiqatların aşkara çıxarılması məqsədilə təşkil olunur.

Dövlət Rəsm Qalereyası sənətşünasları, tədqiqatçıları və tələbələri məqalələri ilə “Nizami Gəncəvinin ədəbi yaradıcılığı təsviri sənətdə” elmi konfransında iştirak etməyə dəvət edir. İştirak etmək istəyənlər tezislərini mayın 31-dək resmqalereya@gmail.com elektron ünvanına göndərə bilərlər.