Vətən müharibəsində erməni işğalından azad olunmuş bölgələrdə kitabxanaların fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitab toplama kampaniyası davam edir.

AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli də bu nəcib təşəbbüsə qoşulub. Akademik kampaniyanın əhəmiyyətini vurğulayaraq müəllifi olduğu “Kitabi-Dədə Qorqud” yazılı epos və ya epopeya”, “Çingiz Aytmatov haqqında söz” kitablarını və rəhbərlik etdiyi Nizami adına Ədəbiyyat İnstitutu əməkdaşlarının topladığı 650 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna  hədiyyə edib.

Kitabların Milli Kitabxanaya təhvili zamanı İsa Həbibbəyli Azərbaycan ziyalılarına və xalqımıza müraciət edərək hər kəsi bu mühüm kampaniyaya qoşulmağa və işğaldan azad edilmiş torpaqlarımızda kitabxana mədəniyyətinin, elmin, təhsilin yenidən çiçəklənməsində köməklik göstərməyə səsləyib.