Oktyabrın 30-da Şərqi Gürcüstanın Aspindza rayonunda gürcülərin “Şotaoba” milli bayramı qeyd olunacaq. Azərbaycan Yazıçılar Birliyi üzvlərinin bir qrupu da bayramda iştirak edəcək.
   Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsun təşkilatçılığı ilə qeyd olunan milli bayram ilk dəfə tanınmış gürcü şairi Şota Rustavelinin şərəfinə 1996-1998-ci illərdə keçirilib. Bir müddət unudulan bu bayram xanım Rulofsun təşəbbüsü ilə yenidən dirçəldilib və üçüncü ildir ki, qeyd olunur.
   Bayramda tanınmış ictimai xadimlər, yerli yaradıcı kollektivlər, Gürcüstanda yaşayan azərbaycanlıların “Məhsəti” və gürcülərin “Vardziya” uşaq xoreoqrafiya ansamblları çıxış edəcək, bədii qiraət ustaları ədəbi-kompozisiya nümayiş etdirəcək.