Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin qərarlarına əsasən, əməkdə, təhsildə, ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclər “İlin peşəkar gənci” fəxri adına layiq görülürlər.

2020-ci ildə həmkarlar ittifaqının işində fəal olduqlarına görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələr üzrə həmkarlar ittifaqının sədri Gülşən İsmayılova, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Ceyla Seyidova və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşı Fərid Ağayev təltif ediliblər.