Son zamanlar ustad aşıqların yaradıcılığına, onların ifalarının lentə alınaraq daha geniş miqyasda yayılmasına və gənc sənətçilər arasında təbliğinə böyük diqqət ayıran Azərbaycan Aşıqlar Birliyi tərəfindən növbəti audiodisk buraxılıb.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, bu audiodiskdə ustad aşıq Əkbərov Cəfərovun 30 ifası yer alıb. Diskin buraxılmasında məqsəd sənətkarın irsinin qorunması olmaqla yanaşı, həm də aşıq sənətinin tədrisi ilə məşğul olan təhsil müəssisələrinə, sənətə gəlmək istəyən gənclərə və yeniyetmələrə kömək etməkdir ki, onlar özlərindən əvvəlki ustadların ifa tərzləri ilə daha yaxından tanış ola bilsinlər.

Xatırladaq ki, Əməkdar mədəniyyət işçisi, aşıq Əkbər Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub, 1990-cı ildə dünyasını dəyişib.