F.Köçərli adına Respublika Uşaq Kitabxanası bu il yubileyi qeyd edilən xarici ölkə yazarların oxuculara tanıdılması məqsədilə metodik vəsait hazırlayıb. Vəsaitlər rayon-şəhərr mərkəzi kitabxanalarının uşaq şöbələri, MKS-lərin filialları, məktəblər üçün nəzərdə tutulub.

Vəsaitin birinci hissəsi yazıçıların həyat və yaradıcılığından bəhs edir. II hissədə isə xarici yazarları oxuculara tanıtmaq məqsədilə uşaq kitabxanalarında nəzərdə tutulan tədbirlərin ssenarisi verilib.

Vəsaitdə uşaqlar üçün nağıllar yazan amerikalı Frenk Baumun anadan olmasının 165 illiyi, Amerika yazıçısı H.Biçer Stounun 210 illiyi, ingilis uşaq yazıçısı Maykl Bondun 95 illiyi, alman filoloqu, folklorçu, nağılçı Vilhelm Qrimin 235 illiyi, ingilis uşaq yazıçısı, Andersen mükafatı laureatı Eleanor Farconun anadan olmasının 140 illiyi, rus uşaq şairi Aqniya Bartonun 120 illiyi münasibətilə təşkil edilən kitab sərgilərindən, biblioqrafik icmallardan, konfranslardan, ədəbi bədii gecələrdən söhbət açılır.

Vəsaitdə Frenk Baumun məşhur “Zümrüd şəhərinin sehrbazı” kitabının təhlili, bu əsərin ssenarisi əsasında çəkilmiş cizgi filmi haqqında ətraflı məlumat verilib.

Vəsaitin üçüncü hissəsində isə Maykl Bondun “Paddinqton ayı balası” kitabının təhlili oxuculara çatdırılıb, həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Həmçinin ingilis yazıçısı Eleanor Farconun hekayə və povestləri, uşaqlar üçün opera tamaşalarında istifadə edilən şeir mətnləri haqqında məlumat diqqətə çatdırılıb.

Vəsaitdən bu link vasitəsilə istifadə etmə olar:

http://clb.az/elmi-metodika_k74.html