Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Binəqədi Mərkəzi Mədəniyyət evində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunan sərgi təşkil edilib.

Qeyd olunub ki, 1990-cı ilin 20 yanvar tarixində keçmiş SSRİ ordusu tərəfindən Bakıda dinc əliyalın insanlara, ölkəmizin ərazi bütövlüyü uğrunda meydanlara çıxmış vətəndaşlarımıza qarşı amansız qırğın törədilib. Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar hadisələri milli müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib.

Daha sonra Mədəniyyət evində fəaliyyət göstərən rəsm kursu və əl işləri dərnəyi üzvlərinin ərsəyə gətirdiyi nümunələrdən ibarət sərgi təqdim edilib.