F.Köçərli adına Respublika Uşaq Kitabxanası daha bir metodiki vəsaiti təqdim edib.  Kitabxananın Elmi-metodika şöbəsi tərəfindən hazırlanmış vəsait tanınmış filosof, alim, şair Aslan Aslanovun 95 illik yubileyinə həsr olunub.

Rayon-şəhər mərkəzi kitabxanalarının uşaq şöbələri, MKS-lərin filialları, məktəblər üçün nəzərdə tutulan vəsaitin I hissəsi “Təbiət gözəlliklərini ən gözəl tərənnüm edən şair” adlanır və A.Aslanovun həyat və yaradıcılığından bəhs edir.

“Dili nəğməli şair” adlı II hissədə yubiley münasibətilə təşkil olunacaq kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə və digər tədbirlər haqqında metodik tövsiyə və məlumatlar diqqətə çatdırılır.

Vəsaitdə  Aslan Aslanovun “Bənövşələr”, “Nəğməli günlərim”, “Qış”, “Düşərgəmiz”, “Köhlən atım”, “Dəniz”, “Sənin deyilmi” və s. kitabları haqqında da ətraflı məlumat verilib.

Vəsaitdən aşağıdakı link vasitəsilə istifadə etmək olar:

http://clb.az/elmi-metodika_k74.html