Lənkəran Dövlət Dram Teatrının əməkdaşları fevralın 5-də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsini yad etmək üçün Lənkəran şəhərindəki Böyük Bazar qəbiristanlığını ziyarət ediblər.

Anım mərasimi mövcud pandemiya ilə əlaqədar zəruri epidemioloji qaydalara əməl olunmaqla gerçəkləşib. Teatrın əməkdaşları şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, onların unudulmaz xatirəsinə ehtiramlarını bildiriblər.

Şəhidlərin ruhuna dualar oxunub.