Bakı Uşaq və Gənclər Teatrı uşaqlar üçün “Kinqin qəsri” adlı qısametrajlı film hazırlayıb. Film Təhsil İnstitutunun sifarişi ilə 5 yaşınadək uşaqlar üçün çəkilib.

Filmin ssenari müəllifi Arzu Soltan, quruluşçu rejissoru Əməkdar artist İntiqam Soltan, rejissoru Rauf Hüseynli, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahimli, qrim rəssamı Zəminə Allahverdiyevadır. Ekran əsərində teatrın aktyorları Niyaz İlyasoğlu, Gülər Ləzgiyeva, Nərminə Məhərrəmova, Qurban Əhmədov, Sənan Fərzəliyev, Rəhimə Abdinova, Toğrul İsabəyli çəkiliblər.

Kanadada yaşayan fransız əsilli illüstrator və komikslər rəssamı Ceneviev Kotenin “Cənab Kinqin qəsri” nağılı əsasında ərsəyə gələn film balacalara dostluğu qorumağın vacibliyini, bəzən kiçik əşyaların da xoşbəxtlik gətirdiyini öyrədir. Hamıya məxsus olan meşəni kəsib özünə böyük bir qəsr tikən Kinq sonda dostlarının köməyi ilə öz səhvini düzəldir.

"Kinqin qəsri" qısametrajlı filmini bu linkdə izləmək olar:

https://youtu.be/pGvfcCscyQ0