Heydər Əliyev Sarayı gənc klassik vokalçılardan ibarət truppa yaradıb. “Perfect troupe” layihəsinin ideya müəllifi Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovdur.

Layihənin əsas məqsədi klassik vokal məktəbini təbliğ etmək, yeni gənc klassik vokal ifaçılarını üzə çıxarmaq, böyük səhnəyə gedən yolda onların yaradıcılıq fəaliyyətinə yaxından dəstək olmaqdır.

Musiqi mədəniyyətimizdə klassik opera ifaçılığının gələcək inkişafı üçün bugünkü gənc vokalçıların üzərinə mühüm məsuliyyət düşür. Bu baxımdan Azərbaycanda ilk dəfə həyata keçirilən layihəyə peşəkar, tələbkar və məsuliyyətli heyət tərəfindən ciddi nəzarət olunur və ifaçılara hər bir şərait yaradılır.

Pandemiyadan sonrakı dövrdə gənc vokalçıların iştirakı ilə müxtəlif musiqili tamaşaların, klassik operaların, romansların səhnələşdirilməsi planlaşdırılır. İl ərzində gənc iştirakçıların ifasında müxtəlif yeni layihələr təqdim olunacaq.

Layihənin videosu bu linkdə:

https://www.youtube.com/watch?v=TwMGnT4PKfU