Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Turizm biznesi kafedrasının nəzdindəki “Qarabağ turizm dərnəyi”nin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” mövzusunda onlayn diskussiya keçirilib.

Kafedranın müdiri, dosent Hafiz Hüseynov 2020-ci il Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun yüksək döyüş əzmindən və tarixi Qələbəsindən danışıb.

Turizm biznesi kafedrasının baş müəllimi, Bakı Turizm Ekskursiya Agentliyinin direktoru Əlixan Mürvətov işğaldan əvvəlki dövrdə Qarabağa təşkil olunan səfərləri ilə bağlı xatirələrini bölüşüb. Qarabağ ərazisinə yeni turist marşrutları və ekskursiya mövzularının işlənib hazırlanmasının məqsədəuyğun olduğunu bildirib.

Kafedranın müəllimi Gülşən Abbasova Qarabağın tarixi-mədəni abidələri haqqında məlumat verib.

Müzakirələrdə ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov, turizm biznesi kafedrasının əməkdaşları və Qarabağ regionu üzrə magistrant- tədqiqatçılar iştirak ediblər.