Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli Musiqi məktəbinin vokal ixtisas müəllimi Güllübəyim Məmmədovanın həm özü, həm də şagirdləri indiyədək müxtəlif beynəlxalq müsabiqələrdə laureat adına layiq görülüblər.

Güllübəyim Məmmədova bu yaxınlarda İspaniyada keçirilən “Online Wave” müsabiqəsində ölkəmizi uğurla təmsil edərək 1-ci dərəcəli diplomla təltif olunub.

***

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri isə yanvar ayında Qazaxıstanda keçirilən “İnternational Music Astana” I Beynəlxalq onlayn müsabiqədə uğurla iştirak ediblər.

Latviya, Litva, Rusiya, Özbəkistan, Polşa, Belarus, Estoniya və Ukraynadan gənc musiqiçilərin də qatıldığı müsabiqədə, münsiflərin qərarına əsasən, məktəbin şagirdləri Cəlalə İsmayılzadə (8-10 yaş, fortepiano müəllimi Kamilla Əmirova) və Rəna Qəribli (14-16 yaş, fortepiano müəllimi İrina Qrinik) I yerə və layiq görülərək laureat adını qazanıblar. Asim Rzazadə (11-13 yaş, klarnet, məsləhətçi müəllim Vaqif Məmmədov) isə Qran-pri mükafatına layiq görülüb.