Ədəbi mühitdə öz dəst-xətti olan Ələşrəf Niftiyev vətənini, xalqını, onun adət-ənənələrini, yurd-yuvanın dəyərli adamlarını tərənnüm etməkdən doymur. Qələmindən çıxan hekayələr də oxucuda xoş duyğular yaradır. III dərəcəli «Vətənə xidmətə görə» ordeninə layiq görülmüş, Masallı rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələşrəf Niftiyev yeni kitabına “Qisas qiyamətə qalmadı” adını verib.

Kitabda müəllifin yaradıcılığında əsas mövzulardan olan doğma Qarabağdan, əzəli torpaqlarımızın işğaldan azad edilməsində Milli Ordumuzun göstərdiyi rəşadətdən, vətən övladlarının şücaətindən söhbət açılır. Kitabda erməni saxtakarlığı və vəhşilikləri barədə məlumat verilir. Xalqımızın birliyinə söykənən siyasi-hərbi strategiyanın nəticəsində 30 ildən sonra qazanılan tarixi Zəfərin yaşantılarından bəhs edilir.

İnanırıq ki, müəllifin yeni kitabı da öz oxucusunun ürəyinə yol tapacaq.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü