Fevralın 12-də Azərbaycan Turizm İnstitutunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə Avstriya-Azərbaycan Turizm Proqramı bakalavr buraxılış işlərinin ilkin qiymətləndirilməsi üzrə müzakirə keçirilib. 
   Müzakirəni giriş sözü ilə açan Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov attestasiya komissiyasının üzvlərinin, eləcə də ilk məzunların nəzərinə çatdırıb ki, 2010-cu il ATİ-nin həyatında xüsusilə əlamətdar olacaq. Bu il turizm sənayesi üçün ixtisaslı mütəxəssis diplomuna namizəd, o cümlədən beynəlxalq qrupun 18 tələbəsi institutun ilk məzunu adını şərəflə daşıyacaq: «2010-2011-ci tədris ilində biz ötən mərhələdən nəticə çıxaracaq, obyektiv və subyektiv səbəbdən yaranmış problemlərin həllinə çalışacağıq. Tədris prosesinin təkmilləşdirilməsi istiqamətində peşəkarlığımızı daha da artıracağıq».
   Rektor bir daha xatırladıb ki, beynəlxalq qrupa daxil olan tələbələr iki buraxılış işi təqdim etməlidirlər. Krems Tətbiqi Elmlər Universiteti tərəfindən məsləhət bilinən buraxılış işi ingilis dilində yazılır. 2-ci buraxılış işi isə ənənəvi olaraq məzuna Azərbaycan Turizm İnstitutu tərəfindən təklif edilir. Elmi rəhbərlər həm Avstriyadan, həm də Azərbaycandan təyin olunur. Təhsildə əla və yaxşı qiymət alanlar mövzu seçimində sərbəstdirlər. Bakalavr buraxılış işlərinin son qiymətləndirilməsi prosesi iyul ayında keçiriləcək.
   
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar