F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Qonağım ol” layihəsinin növbəti canlı yayımında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müəllimi, ABA psixoloji mərkəzin uşaq psixoloqu Aynur İsgəndərova ilə oxucular arasında virtual görüş keçiriləcək.

Görüşdə psixoloq tərəfindən “Uşaqlara kitabları necə sevdirək?”, “Uşaqlarda məsuliyyət hissini necə formalaşdırmalı?” , “Uşaqların inkişafında oyunun rolu” mövzuları haqqında ətraflı məlumatlar veriləcək. Həmçinin, oxucular canlı yayım vasitəsi ilə psixoloqla həmsöhbət olmaq və onlara maraqlı olan suallara cavab tapmaq imkanı da əldə edəcəklər.

Ailədə və tərbiyə müəssisələrində uşağın düzgün tərbiyə edilməsi üçün uşaq psixologiyasını öyrənmək olduqca vacibdir. Bu halda uşaqlarla münasibətlərdə yol verilən xətaların qarşısını almaq mümkündür.  Onlayn görüşün məqsədi, həmçinin doğru psixoloji metodlar vasitəsi ilə uşaqların intellektual səviyyəsinin inkişafında mühüm rol oynayan kitabları onlara sevdirmək, oxu vərdişlərini artırmaqdır.

“Qonağım ol” layihəsində onlayn görüş fevralın 19-da, saat 15:00-da kitabxananın “İnstagram” sosial şəbəkəsi vasitəsilə keçiriləcək.