Qlobal iqtisadi böhran və “donuz qripi” epidemiyasının təsirindən turizm sektoru 2009-cu ildə ən çətin dönəmlərdən birini yaşayıb.
Dünya Turizm Təşkilatının açıqlamalarına görə, 2008-ci ilə nisbətən ötən il turist sayı 4,3% azalıb. Avropada 6%-lik bir azalma, Şimali və Orta Avropada 8% azalma olub. Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşaviri Melda Araz, mətbuata açıqlamasında 2009-cu ildə dünya turizmində yüksəlişə nail olan yeganə ölkənin Türkiyə olduğunu bildirib. Dünyanın ilk 10 turizm ölkəsi arasında 2009-cu ili artımla başa vuran tək ölkə olan Türkiyənin öncəki ilə nisbətdə artımı 2,8% olub. 2008-ci ili 26,3 milyon ziyarətçi ilə başa vuran Türkiyə 2009-cu ildə 27,1 milyon turisti qəbul edib. 2009-cu ildəki qlobal iqtisadi böhrana baxmayaraq, Türkiyə ən çox turist qəbul edən ölkələrin sırasında daha bir pillə yüksələrək 7-ci yerdə qərarlaşıb.