Azərbaycan Milli Kitabxanası böyük mütəfəkkir, dünya şöhrətli alim Nəsirəddin Tusinin anadan olmasının 820 illik yubileyi münasibətilə virtual sərgi hazırlayıb.

Virtual sərgidə Tusinin həyat və fəaliyyətini əks etdirən materiallar, müəllifi olduğu kitablar, eləcə də haqqında yazılmış kitab və məqalələr nümayiş olunur.

Ensiklopedik zəka sahibi Nəsirəddin Əbucəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi (1201-1274) özünün çoxcəhətli yaradıcılığı, mütəfəkkirlik qabiliyyəti ilə təkcə Şərq fəlsəfəsinə deyil, dünya təfəkkür tarixinə təsir edə biləcək bir yol keçib. Tusi fəlsəfə ilə yanaşı astronomiya, riyaziyyat, optika, mineralogiya, məntiq, etika və başqa elmlərə dair dünya şöhrəti qazanmış əsərlərin müəllifidir.

Virtual sərgi ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

http://anl.az/el/vsb/Dahi_alim_Nesireddin_Tusi/index.htm