Xalq şairi, dramaturq, nasir, ədəbiyyatşünas Nəriman Həsənzadənin anadan olmasının 90 illiyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında virtual sərgi və videoçarx hazırlanıb.

Virtual sərgidə Nəriman Həsənzadənin həyat və yaradıcılığı, kitabları, onun haqqında çəkilmiş sənədli filmlər, mətbuatda haqqında dərc olunmuş məqalələr, sözlərinə bəstələnmiş mahnılar barədə əhatəli məlumat verilir. Sərgidə şairin çap olunmuş 30-dan çox kitabı, şeirlərindən nümunələr də yer alıb.

Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Həzin ruhlu sevgi şairi – Nəriman Həsənzadə” adlı videoçarxda şairin şəxsi həyatından, həsrət, kədər, hüzn qoxulu sevgi şeirlərinin yaranma tarixçəsindən  bəhs edilir. 50 yaşlı ömür-gün yoldaşının vaxtsız itkisindən sonra həyatını xatirələrə köçürən şairin ən böyük məhəbbət şeirlərinin məhz  tənhalıqdan yarandığı vurğulanıb. Videoçarxda şairin on il əvvəl yazdığı “Yaşım səksəni haqladı, keçdiyim yollar hardadı?” misraları ilə başlayan şeiri də səsləndirilib.

Virtual sərgi və videoçarxa Respublika Gənclər Kitabxanasının sosial şəbəkə səhifələrində baxmaq olar:

https://www.instagram.com/tv/CLYvpWohW8R/

https://www.instagram.com/p/CLTsKBbhLhj/