Fevralın 18-də müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 90 illiyi tamam oldu. Nəriman Həsənzadənin zəngin yaradıcılığını səciyyələndirən əsas cəhət əsərlərindəki insanpərvərlik, gözəllik, Vətənə və dünyaya məhəbbətlə dolu həyat fəlsəfəsinin təcəssümüdür. Şairin şeirləri də özü kimi sadə və səmimidir.

Yubiley münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Nəriman Həsənzadə” adlı elektron məlumat bazası virtual rejimdə istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Görkəmli şəxslər Nəriman Həsənzadə haqqında”, “Şairin söylədikləri...”, “Şairin əsərləri”, “Şairə ithaf olunmuş əsərlər”, “Tamaşaya qoyulmuş əsərləri”, “Şeirlərinə bəstələnmiş musiqilər” və “Fotoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər:

http://anl.az/el/emb/N.Hesenzade/index.html