Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, Xalq şairi Zəlimxan Yaqubun “İçimdə ağlayan Krım” kitabı Almatıda çapdan çıxıb. Kitab şairin 2010-cu ildə Almatıda çap olunmuş “Sürgün” kitabının davamıdır. “Sürgün” kitabında Azərbaycan və Ahıska türklərinin keçən əsrin 30-50-ci illərində Azərbaycan, Qərbi Azərbaycan (indiki Ermənistan) və Gürcüstandan Orta Asiyaya, Qazaxıstan çöllərinə sürgün edilməsi ilə bağlı tükürpədici hadisələr öz əksini tapıb.
   “İçimdə ağlayan Krım” kitabını şair bu ilin may-avqust aylarında Krımda (Yaltada) müalicə aldığı zaman yazıb. Şairin həyəcanla qələmə aldığı kitabın hər sətrində Krım türklərinin doğma yurdlarından zamanın hakimləri tərəfindən ədalətsizcəsinə, zorakılıqla çıxarılması və nə vaxtsa Krım türklərinin vətənə tam sahib olacaqlarına inam hissi ifadə olunub.
   Şair bu əsərini Krım türklərinin böyük təəssübkeşi, 60 ildir Vətən həsrəti ilə qürbətdə yaşayan və hazırda London vətəndaşı 91 yaşlı məşhur yazıçı Çingiz Dağçına ithaf edib. Üç min nüsxə tirajla çapdan çıxan “İçimdə ağlayan Krım” kitabının bədii redaktorları “Türkel”, “Vətən” qəzetlərinin, “Altın köprü” jurnalının təsisçiləri, Ahıska Mətbuat Mərkəzinin həmsədrləri Hökumə Xəlilova və Ramiz Məşədihəsənlidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar