Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri pandemiya dövründə onlayn beynəlxalq müsabiqələrdə iştirak edərək yüksək nəticələr əldə edirlər.

Bu günlərdə Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən Beynəlxalq vokal-instrumental müsabiqəyə qatılan məktəbin xalq çalğı alətləri şöbəsinin kamança ixtisası üzrə şagirdi Zərintac Qurbanzadə 14-16 yaş kateqoriyasında diploma layiq görülüb.

Bundan öncə isə Zərintac Qurbanzadə Rusiyanın Rostov şəhərində keçirilən “Qar uvertürası” (“Снежная увертюра”) adlı beynəlxalq incəsənət müsabiqəsində 14 yaş kateqoriyası üzrə Qran-pri mükafatına layiq görülmüşdü.

Hər iki müsabiqədəki uğura görə Z.Qurbanzadənin müəlliməsi Ulduz Məmmədovaya təşəkkürnamə məktubu və diplom təqdim olunub.