F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi metodika şöbəsi tərəfindən 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə hazırlanan vəsait şəhər-rayon mərkəzi kitabxanalarının uşaq  şöbələri, MKS-lərin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub.

Metodik vəsaitin məqsədi istifadəçiləri dilimizin qorunub saxlanılması, ədəbiyyatımızda ana dilinin mövqeyi,  ana dilimizin tarixi yolu, dil haqqında görkəmli şəxsiyyətlərin fikirləri haqqında məlumatlandırmaqdır.

Vəsaitin I hissəsində “Azərbaycan dili milli varlığımızdır” adlı esse, virtual kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi-bədii gecə kimi tədbirlər planının ssenarisi verilib.

Vəsaitdə nümayiş olunan sərgidə Azərbaycan dilinin özünəməxsusluğunu, təbii dil xüsusiyyətlərini, tarixi zənginliyini, Azərbaycan dilinin müasir təzahür formalarını əks etdirən kitab və dövri mətbuat materialları, həmçinin müstəqillik dövründə Azərbaycan dili haqqında imzalanmış fərman və sərəncamlar da yer alıb.

Vəsaitin II hissəsində Gülarə Munisin “Ana dilim, can dilim” adlı kitabının onlayn icmalı haqqında, Cəlil Məmmədquluzadənin “Ana dili” felyetonu əsasında hazırlanmış səhnəciyin ssenarisi də təqdim edilib.