Dövlət Tərcümə Mərkəzi son 25-30 ildə Azərbaycan dilinin leksik fonduna daxil olmuş ictimai-siyasi, iqtisadi, sosial-mədəni, texniki, texnoloji və digər sahələrdə gedən proses və tendensiyaları əks etdirən yeni  alınma sözlərin toplandığı lüğəti nəşr edib.

“Yeni alınma sözlər lüğəti (izahlı sözlük)” mütəxəssislərlə yanaşı kütləvi istifadə üçün də nəzərdə tutulub. Lüğətin tərtibçi-müəllifi filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, elmi redaktoru filologiya elmləri doktoru, akademik Nizami Cəfərov, nəşriyyat redaktorları Bəhlul Abbasov, Lətafət Səmədova və Aqşin Məsimovdur.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.